Nigeriya “Meta”nı 220 milyon dollar cərimə etdi

Nigeriya “Meta”nı 220 milyon dollar cərimə etdi

Nigeriya hökuməti “Meta” şirkətini 220 milyon dollar məbləğində cərimə edib.

AzerTimes xəbər verir ki, bu barədə Federal Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komissiyasının rəsmisi Adamu Abdullahi məlumat yayıb.

O bildirib ki, “Meta” barəsində 3 il intensiv araşdırmalar aparılıb.

İstintaqın nəticələrinə görə, şirkətin Feysbuk və Vatsap sosial platformaları ölkənin məlumatların qorunması və istehlakçı hüquqları ilə bağlı qanunlarını dəfələrlə pozub:

“Şirkət digər ölkələrdəki istifadəçilərə məlumatlarının paylaşılmasına icazə verib-verməməsi ilə bağlı seçim təklif edir. Lakin nigeriyalılara bu təklif edilməyib”.

Qeyd edək ki, Nigeriya hökuməti 2022-ci ildə “Meta”nın 154 milyon aktiv istifadəçisi olduğunu açıqlamışdı.

Teqlər: