Nigeriya Avropaya qaz ixrac etmək üçün ölkəni Əlcəzair ilə birləşdirəcək qaz kəməri çəkəcək.
AzerTimes xəbər verir ki, bu barədə Nigeriyanın dövlət neft naziri Timipre Silva danışıb.
Bildirilib ki, qazı birbaşa Avropaya satmaq üçün Əlcəzair üzərindən qaz kəməri tikilir. Tikintinin başa çatması ilə bağlı dəqiq tarix açıqlanmayıb.