Nigerin devrilmiş prezidenti qaçmağa cəhd etdi

Nigerin devrilmiş prezidenti qaçmağa cəhd etdi

Nigerin devrilmiş prezidenti Məhəmməd Bazum həbsdən qaçmağa cəhd edib.

AzerTimes xəbər verir ki, bu barədə qiyamçıların nümayəndəsi polkovnik Amadu Abdraman məlumat verib.

Onun sözlərinə görə, Bazum ailəsi, iki aşpazı və cangüdənləri ilə Niamey şəhərinin kənarındakı sığınacağa qaçmağa cəhd edib. Qaçış təşkilatçıları onlar üçün xarici ölkələrdən birinə məxsus helikopterlər göndərmək istəyiblər.

Abdraman bildirib ki, qaçışda iştirak edənlərin hamısı həbs olunub.

Qeyd edək ki, iyulun 26-dan Nigerdə baş verən hərbi çevriliş nəticəsində ölkə Prezidenti Məhəmməd Bazum hakimiyyətdən uzaqlaşdırılmışdı.

Teqlər: