Nigeri işğal etməyə çağıran 3 ölkə… – Ekspert

Nigeri işğal etməyə çağıran 3 ölkə… – Ekspert

Nigeri işğal etməyə çağıran Nigeriya, Kot-d’İvuar və Seneqal prezidentləri özləri də postlarını itirə bilərlər.

AzerTimes xəbər verir ki, bunu malili politoloq Adama Diabate deyib.

“Bu işğalı tələb edənlər, yəni Nigeriya, Kot-d’İvuar və Seneqal prezidentləri – əgər onların orduları vəziyyətdən istifadə edib hakimiyyəti ələ keçirmək istəsələr, postlarını itirəcəklər”, – ekspert bildirib.

Onun sözlərinə görə, Mali, Burkina Faso və Niger orduları birləşsə, istənilən hərbi işğala birgə müqavimət göstərə biləcəklər.

Qeyd edək ki, avqustun 26-da Niger silahlı qüvvələrinin Baş Qərargah rəisi Musa Salau Barmu ordunun maksimum hazırlıq vəziyyətinə gətirilməsini əmr edib.

Teqlər: