Qərbi Afrika İqtisadi Birliyinin ölkə rəhbərləri Nigerdə mümkün qədər tez hərbi əməliyyata başlamaq barədə razılığa gəliblər.
AzerTimes xəbər verir ki, bunu Fil Dişi Sahili Respublikasının prezidenti Alassan Uattara Abucadan qayıtdıqdan sonra məlumat verib.
Uattara qeyd edib ki, əməliyyatın mümkün qədər tez başlaması üçün dövlət başçılarının razılığı var.
Xatırladaq ki, Nigerdə üsyan iyulun 26-da başlayıb, hərbçilər ölkədə komendant saatı tətbiq edərək konstitusiyanın fəaliyyətini dayandırıblar. Onlar, həmçinin partiyaların işini qadağan ediblər. Hərbçilər Vətənin Müdafiəsi üzrə Milli Şuranın yaradıldığını elan ediblər və iyulun 28-də general Abdurahman Çiani Nigerin yeni lideri elan olunub.