Ölkəni tərk etməyə hazırlaşan Fransa hərbçiləri terrorizmin məğlub olmasına nail ola bilməyiblər.
AzerTimes xəbər verir ki, bu sözləri Nigerdə hakimiyyəti ələ keçirmiş hərbçilərin lideri Abdurahman Tçiani deyib.
“Onların terrorizmə qalib gələ bilmədikləri bir yana, üstəlik, terrorçuların sayı daha da artıb”, – deyə o bildirib.
Çianinin sözlərinə görə, Niger hakimiyyəti hazırda Fransa hərbçilərinin ölkədən çıxmasına hazırlaşır.