Niger Fransaya uran və qızıl ixracını dayandırıb.
AzerTimes xəbər verir ki, bu barədə “Arab Africa” Teleqram kanalı məlumat yayıb.
“Müvafiq bəyanatı ölkədə çevriliş həyata keçirmiş Hərbi Şuranın rəhbərliyi verib”, – məlumatda deyilir.
Qeyd edək ki, Niger dünyanın dördüncü ən böyük uran istehsalçısıdır və Fransada elektrik enerjisi istehsal etmək üçün istifadə edilən uranın əsas mənbəyidir. Fransız nüvə texnologiyası şirkəti “Orano” 1970-ci ildən Nigerdə uran hasilatı ilə məşğuldur. 2020-ci ildə Fransa reaktorlarında istifadə olunan uranın təxminən 35%-i Nigerdən gətirilib.