ABŞ Rusiyanın Nigerdəki çevrilişdə iştirakına dair heç bir sübut görməyib.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Bu çevrilişin arxasında Rusiyanın dayandığına dair heç bir dəlil görmədik”, – Miller bildirib.
Qeyd edək ki, iyulun 26-da Nigerdə Prezident Qvardiyası qiyam qaldıraraq ölkə başçısı Məhəmməd Bazumu vəzifədən kənarlaşdırıb. Prezident Qvardiyasının komandanı, hərbi çevrilişin rəhbəri general Əbdurəhman Çiani özünü “Vətənin Müdafiəsi üzrə Milli Şuranın sədri” elan edib və bütün idarəçilik səlahiyyətlərini əlinə alıb.