Nigerdə məktəbdə yanğın baş verib, onlarla şagird həlak olub

Nigerin cənubunda Maradi şəhərində məktəbdə baş verən yanğın nəticəsində azı 24 şagird həlak olub.

Trend xəbər verir ki, bu barədə əyalətin qubernatoru bildirib.

Onun sözlərinə görə, yanğın üç məktəb binasını əhatə edib. Tikililərin üstü samanla örtüldüyündən bu yanğını tez bir zamanda böyük əraziyə yayılmasıyla nəticələnib. Həlak olmuş şagirdlərdən başqa 80 nəfət güclü yanıq xəsarətləri alıb.

Yanğının səbəbləri araşdırılır.

Teqlər: