Nigerdə hərbçilər iyulun 27-dən qüvvədə olan komendant saatını ləğv ediblər.
AzerTimes xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Qeyd edək ki, komendant saatı barədə qərarı iyulun 26-da dövlət çevrilişi ilə Nigerdə hakimiyyəti ələ keçirmiş Vətənin Qurtuluşu üzrə Milli Şurası verib.