Niger Prezidenti Məhəmməd Bazum çevrilişdən sonra istefa verməkdən imtina edib.
AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyted Press” prezidentin ətrafına istinadla məlumat yayıb.
Bildirilib ki, prezidentlə qiyamçılar arasında danışıqlar hələ də davam edir.
Agentlik danışıqların təfərrüatı ilə bağlı məlumat verməyib. Qeyd edilib ki, hələlik Nigeri kimin idarə edəcəyi məlum deyil. Çünki qiyamçılar öz namizədlərini təqdim etməyiblər, prezident isə istefa verməyib.