Niger fransız ordusunun çıxmasını bayram edir

Niger fransız ordusunun çıxmasını bayram edir

Nigerin paytaxtı Niameydə son fransız kontingentinin çıxarılması şərəfinə cümə namazı qılınıb və konsert keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə ANB agentliyi məlumat yayıb.

Məlumata görə, minlərlə insan Fransa əleyhinə şüarlar səsləndiriblər. Aksiya zamanı Niger bayrağı ilə yanaşı, Burkina-Faso, Mali və Rusiya bayraqları da dalğalandırlıb.

Təbdirdə Nigerin Baş naziri Əli Lamin Zeyn, Burkina-Fasonun Baş naziri Yoahim Kyelem və Malinin Baş naziri Çogel Kokalla Maiqa iştirak edib.

Qeyd edək ki, Nigerdə qalan fransız qoşunları dekabrın 22-dək ölkəni tərk edib.

Teqlər: