Nigar Köçərli iki şirkətini ləğv edir

Nigar Köçərli iki şirkətini ləğv edir

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli iki şirkətini ləğv edir.

AzerTimes bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycanda eyni hüquqi ünvanda dövlət qeydiyyatına alımış “Əli və Nino Qrup MMC” və “Nigar 1975” MMC-lər ləğv olunduqlarını elan edib.

Kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 41, mənzil 75 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, hər iki şirkət 2014-cü ildə qeydiyyatdan keçib. Onların nizamnamə kapitalı müvafiq olaraq 100 manat və 10 manatdır.

Bu şirkətlərdən başqa, N.Köçərliyə məxsus “Əli və Nino”, “Əli və Nino Nəşriyyatı” MMC-lər də var.

Teqlər: