Niderlandlı gimnastlar dünya çempionatında çıxışlarından razı qalıb

Bakıda keçirilən Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının iştirakçıları, niderlandlı gimnastlar Romana Şurinq və Niam Sletteri öz çıxışlarından razı qalıblar.

Gimnastlar bunu AzerTimes-ə müsahibəsində deyib.

“Çıxış yaxşı keçdi, biz nəticədən razıyıq. Milli Gimnastika Arenası çox xoşumuza gəldi. Burada bizim üçün çox gözəl şərait yaradılıb. Nəqliyyat, qidalanma, məşq üçün zəruri vaxt, hər bir şey yüksək səviyyədə təşkil olunub” – deyə, gimnastlar bildirib.

Onlar Bakıya ilk dəfə gəldiklərini, şəhərdən heyran qaldıqlarını bildiriblər.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçiriləcək. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edəcək.

4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: