Niderlandın xarici işlər naziri rəhbəri Siqrid Kaaq istefaya gedib.
AzerTimes-ın “de Telegraaf” qəzetinə istinadən verdiyi məlumata görə, S.Kaaqın istefaya getməsinə səbəb parlamentin aşağı palatasının Əfqanıstandan təxliyənin pis təşkil edilməsi səbəbindən ona etimad göstərməməsi olub.
Kaaq parlamentdəki səsvermədən sonra istefa vermək məcburiyyətində deyildi, ancaq partiyaların bu mövzuda fikirlərini nəzərə alaraq istefaya getməyi seçib.
Sabiq nazir “Demokratlar 66” partiyasının rəhbəri vəzifəsində işini davam etdirəcək.