Niderlandın Ukraynadakı səfirliyi Lvov şəhərində işini bərpa
edib.
Trend-in
məlumatına görə, bu barədə Niderland hökuməti bildirib.
Qeyd olunub ki, səfir başda olmaqla bir qrup əməkdaş aprelin
16-dan etibarən işə başlayıb. Səfirliyin digər əməkdaşlarının
mərhələli şəkildə işə başlayacağı bildirilib.
Hələlik səfirliyin konsulluq xidməti işə başlamayıb.
Qeyd edək ki, bir neçə gün öncə İtaliya, Fransa və bir sıra
digər Avopa ölkələrinin səfirlikləri paytaxt Kiyevdə işini bərpa
etmişdi.