Niderlandın nüfuzlu qəzeti və qəzetin eynidlı saytında (“https://krant.franekercourant.nl) Xocalı soyqırmı ilə bağlı məqalə dərəc olunub.
Trend xəbər verir ki, Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli və təşkilaın sədr müavini Ələkbər Həşimovun fikirləri əsasında hazırlanmış məqalədə Xocalı soyqrımı haqqında geniş məlumat verilib.
Jurnalist məqalədə Xocalıda törədilənləri soyqırımı və qara səhifə adlandırıb. Həmçinin, vurğulanıb ki, Azərbaycan xalqı 29 il bundan öncə 26 fevral 1992-ci ildə törədilən soyqırımını hər il yad edir, anım mərasimləri təşkil edir.
Elxan Mirhəşimlinin fikirlərinə yer verilən yazıda bildirilib ki, Niderlandda yaşayan Azərbaycan icması Xocalı soyqrımının Niderlandda tanınmasını istəyir: “Azərbaycan müharibə istəmir. Biz sülh tərəfdarıyıq, erməni xalqı ilə problemimiz yoxdur. Xocalıda soyqırımı törədənlərin isə məhkəmə qarşısında cəzalanmasını tələb edirik ki, gələcəkdə bu cür soyqrımılar baş verməsin”.
Yazıda, həmçinin vuğrulanır: “Elxan Mirhəşimli işğaldan azad edilən Qubadlını, anadan olduğu və böyüyüb boya-başa çatdığı öz ata ocağını görmək istəyir. Amma Elxan Mirhəşimlinin evini ermənilər yandırıb, ərazi isə minalanıb, buna görə də evinə gedə bilmir”.
Eyni zamanda, Azərbaycan mədəniyyəti, Novruz bayramı, mətbəximiz, Bakıda keçrilən Formula 1 yarışması, Azərbaycanın turizm potensialı barədə bəhs edilir və Azərbaycan dağlarının Avstriya və İsveç Alp dağlarına bənzədiyi qeyd edilir.
Yazıya buradan daxil olmaq mümkündür: