Niderlandın baş naziri Türkiyəyə səfər edəcək

Niderlandın baş naziri Mark Rütte martın 22-si Türkiyəyə səfər
edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə M.Rütte ölkəsinin Nazirlər
Kabinetinin iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, səfər zamanı Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanla görüş baş tutacaq. Səfər martın 24-də NATO
liderlərinin fövqəladə sammiti ərəfəsində baş tutacaq.

M.Rütte qeyd edib ki, Türkiyə Ukraynadakı hadisələr fonunda
NATO-nun şərq cinahının qorunmasında çox mühüm rol oynayır. Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan həm Moskva, həm də Kiyevlə
təmasları olan azsaylı liderlərdən biridir.

Niderlandın baş naziri Ankara ilə təmaslarının hər zaman müsbət
olduğunu vurğulayıb.