Niderlandın bir sıra şəhərləri, o cümlədən Haaqa yanvarın 1-dək müqavilələri çərçivəsində Rusiya qazını ala biləcək.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, müvafiq qərarı ölkə hökuməti qəbul edib.
Energetika naziri Rob Jetten bildirib ki, Hollandiya hökuməti törəmə şirkətin Rusiyaya qarşı Avropa sanksiyalarına məruz qaldığına inanır, lakin Avropa Komissiyasından buna aydınlıq gətirilməsini tələb edir.