Niderlanddan ölkəmizə gətirilən bibər toxumunda virus aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam
etdirir.

AQTA-dan AzerTimes-a verilən məlumata görə, Niderland Krallığından
ölkəmizə idxal olunan, “Monsanto Hollan BV” şirkətinə məxsus bibər
toxumuna Agentliyin müfəttişləri tərəfindən keçirilən baxış zamanı
götürülən nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun
müvafiq laboratoriyasında aparılan müayinələri nəticəsində məhsul
partiyasında qonur qırışıqlıq virusu (“Tomato brown rugose fruit
virus”) aşkar edilib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq
tədbirlər görülüb. 14.9 kq bibər toxumunun satış şəbəkəsinə daxil
olunmasının qarşısı alınıb və məhsul məhv edilib. Həmçinin bu
barədə istehsalçı ölkənin müvafiq qurumuna bildiriş göndərilib.

Qeyd edək ki, viruslarla sirayətlənmiş toxumların ölkədə
əkinçilikdə istifadəsi məhsulların, bitkilərin viruslara yoluxması
ilə nəticələnə bilər. AQTA bir daha bu sahədə fəaliyyət göstərən
sahibkarlıq subyektlərinin ölkəyə gətirdikləri toxumların bitki
mənşəli viruslardan və zərərvericilərdən azad olunmasına ciddi
nəzarət etmələrini tövsiyə edir. Bu kimi hallara qarşı ciddi
tədbirlər görüləcəkdir.

Teqlər: