Niderlanddan Çinə qadağa

Niderlanddan Çinə qadağa

Niderland müəyyən növ mikroçiplərin istehsalı üçün zəruri olan avadanlıqların Çinə ixracına yeni məhdudiyyətlər tətbiq edə bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Agentlik qeyd edib ki, sözügedən təşəbbüs Pekinin çip istehsalı və hərbi sənayedəki ambisiyalarını cilovlamaq üçün Vaşinqtonun səylərini dəstəkləyən bir addımdır. Yeni ixrac nəzarəti tədbirlərinin tətbiqi yanvar ayında razılaşdırıla bilər. Bu məsələ ilə bağlı danışıqlar hələ də davam edir və şərtlər dəyişə bilər.

Teqlər: