Niderlandın Rotterdam şəhərində növbəti qapanmaya etiraz olaraq keçiriləb etiraz aksiyası iğtişaşlara çevrilib, polis xəbərdarlıq atəşi açıb, nəticədə iki nəfər yaralanıb.
Trend xəbər verir ki, yerli polisin rəsmisi Patrisiya Vessels polisin etirazçılara atəş açdığını etiraf edib, lakin bunu həyati hüquq-çühafizə orqalanları əməkdaşlarının həyatına təhlükə olduğu üçün edildiyini deyib.
“İki nəfərin yaralandığı barədə dəqiq məlumat var. Polislər həqiqətən atəş açıblar, çünki onların həyatı üçün təhlükə yaranıb. Bununla bağlı araşdırma aparılacaq və insanların hansı şəraitdə yaralandığı aydınlaşdırılacaq”, – deyə o bildirib.
Rısmi məlumata görə, iğtişaşçılardan ibarət dəstə avtomobilləri yandırıb və polisə daş parçaları atıb, polis isə su bu əməllərin qarşısını almaq məqsədiylə su şırnaqlarından istifadə edib.
Etiraz aksiyalarına səbəb hökumətin restoran, bar, kinoteatr və bir sıra mağazaların işini məhdudlaşdırmaq, həmçinin idman tədbirlərində, o cümlədən “covid pasportu” olan şəxslərin iştirakını qadağan etmək qərarı olub.