Niderlandın Baş naziri Mark Rütte bir sıra məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi barədə elan verib. Həmin tədbirlər ölkədə koronavirus (COVID-19) ilə yoluxma sayının yeddi qat artması ilə əlaqədar iyulun 10-dan qüvvəyə minəcək.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin KİV-ləri bildirib.
NL Times portalı bildirib ki, iyulun 10-dan etibarən ölkədə gecə klubları və diskotekalar tamamilə bağlanacaq, bar, restoran və mağazalar saat 6:00-dan 00: 00-a qədər fəaliyyət göstərə biləcəklər. Restoran və kafelərə gələnlər 1,5 metrlik sosial məsafə saxlamalıdırlar. Canlı musiqi daxil olmaqla bütün istirahət fəaliyyətləri qadağandır.