Niderlandda koronavirusla mübarizə tədbirləri çərçivəsində komendant saatı martın 31-dək uzadılıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu mətbuat konfransı zamanı ölkənin baş naziri vəzifəsini icra edən Mark Rütte deyib.
Onun sözlərinə görə, statistikaya və mütəxəssislərin proqnozlarına əsasən, martın 16-dan əhəmiyyətli yumşalmalarının tətbiqi mümkün deyil:
“Hazırda martın 3-ü qüvvəyə minən yumşalmalarla əlaqəli yalnız kiçik düzəlişlər mümkündür”.
Qeyd edək ki, Niderlandda koronavirusa ilk yoluxma halı ötən il fevralın 27-si qeydə alınıb. Hazırkı dövrədək ölkədə 11,1 milyondan artıq insan koronavirusa yoluxub, 15,8 min nəfər isə koronavirusdan vəfat edib.