Niderlandda iyunun 26-dan koronavirusla bağlı məhdudiyyətlər yumşaldılacaq

Niderland iyunun 26-dan etibarən koronavirusun yayılmasına qarşı mübarizədə tətbiq olunan bir sıra məhdudiyyətləri ləğv edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə mətbuat konfransında Baş nazir vəzifəsini icra edən Mark Rütte açıqlama verib.

O bildirib ki, insanlar arasında 1,5 metr məsafənin qorunması şərti ilə demək olar ki, hər şeyə icazə veriləcəkdir.

Xüsusilə, evdə qəbul edilən qonaq sayındakı məhdudiyyətlər ləğv ediləcək, mümkün qədər evdə işləmək tövsiyəsi ləğv ediləcək. İnsanlar arasında məsafə qorumaq sərti ilə, kafe, bar və restoranlar gələnlərin sayında mədudiyyət olmayacaq, həvəskar yarışmalar bərpa olunacaq. Üstəlik, 1,5 metr məsafəni qorumağın mümkün olduğu mağazalar və digər qapalı yerlərdə maska ​​taxmaq məcburi olmayacaq. Digır yerlərdə maska taxmaq məcburi olacaq.

İyunun 30-dan ölkədə yenidən kütləvi tədbirlərə icazə veriləcək. Həmin tədbirlərdə iştirak edənlər ya koronavirusla bağlı testin neqativ nəticəsi, ya da vaksinasiya sertifaktını təqdim edəcəklər.