Niderlandda bir neçə nəfər meymun çiçəyi xəstəliyinə yoluxmaqda
şübhəli bilinib.
AzerTimes-ın
məlumatına görə, bu barədə “NL Times” xəbər verib.
Məlumata əsasən, infeksiyaya yoluxmaqda şübhəli bilinən şəxslər
həkimlər tərəfindən yoxlanılır.
Qeyd edək ki, bu həftə Avropada 100-dən çox meymun çiçəyinə
yoluxma halı aşkarlanıb.