Niderlandda yerləşən Maastrixt şəhərinin səlahiyyətliləri iki rayonun sakinlərini Maas çayının gözlənilən daşması səbəbindən evlərini tərk etməyə çağırıb.
AzerTimes-ın məlumatına görə, təhlükə ilə üzləşən ərazilərdə təxminən 10 min nəfər yaşayır.
“Sakinlər evlərini mümkün qədər tez tərk etməlidirlər. Təhlükəli bölgədən kənarda yaşayan ailə üzvləri, dostları və ya tanışlarının evlərində sığınacaq tapmalıdırlar. Bu mümkün deyilsə, sakinlərin bələdiyyənin təşkil etdiyi qəbul mərkəzlərinə getmələri tövsiyə olunur”, – məlumatda deyilir.
Qeyd olunur ki, daşqınlara səbəb bölgədə bir neçə gün yağan leysanlar olub.