Niderland Ukraynaya hərbi yardım göstərmək üçün əlavə 1 milyard avro ayırmaq niyyətindədir.
AzerTimes xəbər verir ki, bunu Niderland Baş naziri Mark Rutte deyib.
“Mən indicə Ukrayna Prezidenti Vladimir Zelenski ilə söhbət zamanı bildirdim ki, Niderland bu il hərbi dəstək üçün daha 1 milyard avro ayıracaq. Bu, artıq planlaşdırılan 2 milyard avroya əlavədir”, – Rutte bildirib.
Nazirin sözlərinə görə, gələn il Niderland Ukraynaya hərbi yardıma daha 3 milyard avro ayıracaq.