Niderland Ukraynanın bərpası üçün müxtəlif layihələrin həyata keçirilməsinə 138 milyon avro ayırıb.
AzerTimes xəbər verir ki, bu barədə Niderland baş naziri vəzifəsinin icraçısı Mark Rutte X səhifəsində yazıb.
“Niderland həyati əhəmiyyətli enerji infrastrukturunun təmiri, humanitar yardım və biznesin bərpası təşəbbüsləri üçün 138 milyon avroluq yeni yardım paketi ayırır”, – deyə o bildirib.