Niderland sahillərində gəmilər toqquşub

Xəbər - Orxan Nəbiyev – Trend:

Niderland sahillərində yük gəmisi ilə tanker toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alanlar olmasa da, batmaqda olan yük gəmisindəki 18 nəfərin xilas edilməsi üçün bölgəyə kater və helikopterlər yola salınıb.

Neft və kimyəvi məhsullar daşıyan tankerə ciddi ziyan dəymədiyi deyilir.


Qeyd olunur ki, qəza Şimal dənizində kəskin hava şəraitində baş verib. Hazırda bölgədə tüğyan edən “Korri” qasırğası xilasetmə işlərinə maneə törədir.