Niderland parlamentinin Komissiyası Xocalı soyqırımını müzakirəyə çıxaracaq (FOTO)

“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası
çərçivəsində keçirilən petisiya Niderland Parlamentinin Xarici
İşlər Komissiyasına təqdim olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, “Ana
Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri,
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Niderland
üzrə əlaqələndiricisi Mayisə Ağamirzəyeva bildirib ki, bu məqsədlə
komissiyanın görüş üçün müraciətinə müsbət cavab verilib.

Görüşdə qanunvericilik orqanının Xarici İşlər Komissiyasının
sədri Attje Kuiken (PvDA partiyası), komissiya üzvləri Agnes Mulder
(CDA partiyası), Tunahan Kuzu (DENK partiyası), SP və Bijeen
partiyalarının üzvləri iştirak ediblər. Azərbaycan diasporunu
görüşün təşəbbüskarı Mayisə Ağamirzəyeva, Azərbaycan Qaçqınlar
Cəmiyyəti və Qərbi Azərbaycan icmasının beynəlxalq əlaqələr üzrə
sədr müavini Həqiqət Hacıyeva, Beniluks Azərbaycanlıları
Konqresinin bas məsləhətcisi Lamiyə Babayeva, Niderland-Azərbaycan
“Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bagırova,
Hollanda-Azərbaycan Turk Kültür Dərnəyinin sədri İlhan Askın,
diaspor fəalları Gunay Bayramova, Sure Gundoğdu və İnci Əlizadə
təmsil ediblər.

Görüş zamanı komissiya uzvlərinə Xocalı soyqırımı haqqında
ətraflı məlumat verilib və XX əsrin sonlarında etnik
azərbaycanlılara qarşı törədilmiş dəhşətli qətliamın müzakirəsinin
parlamentin gundəliyinə salınmasının bəşəri dəyərlər baxımından
önəmli olduğu nəzərə çatdırılıb. Haaqa şəhərində Xocalı soyqırımı
qurbanlarına abidə ucaldıldığını vurğulayan diaspor nümayəndələri
Niderland parlamentinin ədalətinə guvəndiklərini söyləyiblər.

Görüşün sonunda petisiya və Xocalı soyqırımı həqiqətlərini əks
etdirən kitablar, disklər və Vətən müharibəsinin rəmzi olan “Xarı
Bülbül” nişanı komissiyanın sədri Attje Kuikene təqdim olunub.
Komissiya sədri petisiyanin butun parlament üzvlərinə
paylanılacağını, bu məsələnin komissiyanın iclasında muzakirəyə
çıxarılacağını və qərar haqqında Mayisə Agamirzəyevaya məlumat
verileceyini bildirib.

Teqlər: