Niderlandın Baş naziri Mark Rutte, “omikron” koronavirus ştammının sürətlə yayılması ilə əlaqədar ölkədə dekabrın 19-u saat 5:00-dan yanvarın 14-dək sərt karantin rejiminin tətbiq olunduğunu elan edib.
Trend xəbər verir ki, bazar günündən etibarən ölkədə bütün tədbirlər qadağan edilir, bütün xidmət müəssisələri, idman zalları, kinoteatrlar, muzeylər, teatrlar və konsert salonları bağlanır. Həmçinin bərbərxanalar və kosmetoloq xidmətləri insanların yaxın təmasını nəzərdə tutan qeyri-tibbi sahələrdə fəaliyyət dayandırılır. İdman yarışları boş tribunalarla keçiriləcək.
Alıcılar üçün yalnız ilk tələbat mallarının satıldığı mağazalar açıq qalacaq. İaşə obyektləri və ikinci dərəcəli məhsullarlın ticarətiylə məşğul olanlar çatdırılma xidməti göstərə bilərlər.
Bununla yanaşı məktəblər və ali təhsil müəssisələri bağlanır, onların gələcək işi ilə bağlı qərar yanvarın əvvəlində veriləcək. Uşaq bağçaları 4 yaşa qədər uşaqlar üçün açıq olacaq.