Niderlanda məxsus yük gəmisi Belçika ərazisindəki Şelda çayında batıb.
AzerTimes xəbər verir ki, bu barədə NOS teleradio şirkəti məlumat yayıb.
Təxminən 50 metr uzunluğunda olan gəmi kərpiclə yüklənmiş olub.
Hazırda xilasetmə qüvvələri gəmidəki tək olan kapitanın axtarışlarını davam etdirir. Bildirilir ki, itkin düşmüş kapitan Belçikanın Şarlerua şəhərinin sakinidir.