Niderland 2024-cü ildən tez olmayaraq Ukraynaya qırıcılar verə bilər.
AzerTimes xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Kaysa Ollonqren deyib.
“Çatdırılma növbəti ildə baş tutacaq”, – deyə nazir bildirib.
Ollonqren həmçinin əlavə edib ki, texnika göndərməzdən əvvəl həm Ukrayna Silahlı Qüvvələrinin pilotlarına, həm də müvafiq texniki heyətə təlim keçmək lazımdır.