Niderland Britaniyaya Aİ ilə təhlükəsizlik sahəsində razılaşma təklif edəcək

Niderlandın baş naziri Mark Rütte britaniyalı həmkarı Boris Consona Avropa İttifaqı ilə müdafiə və təhlükəsizlik sahəsində razılaşma imzalamağı təklif edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə mənbələrə istinadən “The Times” qəzeti xəbər yayıb.

Mənbələrin sözlərinə görə, sözügedən razılaşma bu gün B.Conson və M.Rütte arasında keçiriləcək görüş zamanı təklif ediləcək:


“Avropalılar hesab edir ki, Böyük Britaniya hökuməti ABŞ ordusunun Əfqanıstandan çıxarılmasından sonra müdafiə və təhlükəsizlik sahəsində Aİ ilə əməkdaşlıq ideyasına daha açıqdır”.

Qeyd edilir ki, Fransa və Almaniya sözügedən təşəbbüsü dəstəkləyir.