Niderland Baş naziri Mark Rutte tezliklə kral Villem-Aleksanderə hökumətin istefasını təqdim edəcək.
AzerTimes xəbər verir ki, bu barədə cümə günü Hollandiya mediası məlumat yayıb.
Bildirilib ki, hazırkı Nazirlər Kabineti yeni parlament seçkilərinə və yeni hökumətin formalaşmasına qədər öz vəzifələrini icra etməyə davam edəcək.