Nicat Abasov Karlsenlə ilk görüşdən məğlub ayrıldı

Nicat Abasov Karlsenlə ilk görüşdən məğlub ayrıldı

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinal mərhələsinin ilk oyununu keçirib.

AzerTimes xəbər verir ki, 28 yaşlı qrosmeyster bu raundda norveçli Maqnus Karlsenlə üz-üzə gəlib. Güclü rəqibinə qarşı qara fiqurlarla oynayan şahmatçımız ilk dueldən məğlub ayrılıb.

Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Maqnus Karlsen isə onun həmyerlisi Dommaracu Qukeşi üstələyib.

Teqlər: