PSJ və Braziliya yığmasının futbolçusu Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə müqavilə imzalayacaq.
AzerTimes xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.
Bilidrilib ki, hücumçu iki il ərzində 160 milyon avro qazanacaq. Qeyd olunub ki, braziliyalı artıq “Əl-Hilal”la müqavilənin şərtlərini razılaşdırıb.
Xatırladaq ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. Bu, braziliyalı üçün vətənindən kənarda ilk klub olub. 2017-ci ildən hücumçu Fransada beş çempionluq qazandığı PSJ-nin formasını geyinir.
Onun parislilərlə müqaviləsi 2025-ci ilin yayında başa çatır.