PSJ futbolçusu Neymarı beş il həbs cəzası və 149 milyon avro pul cəzası gözləyir.
AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, futbolçu 2013-cü ildə transferi üçün aldığı ödənişin 40%-ni Braziliyanın DIS investisiya şirkətinə verməli idi. Lakin həmin ödəniş şirkətin hesabına köçürülmədiyindən şirkət Neymarı şikayət edib.
Qeyd edək ki, məhkəmə oktyabrın 17-si Barselonada keçiriləcək.