İspaniya La Liqasının XXIX turunda “Barselona” səfərdə “Qranada” üzərində 4:1 hesablı qələbə qazanıb.
Matçda son nöqtəni qoyan kataloniyalıların braziliyalı futbolçusu Neymar tarixə düşüb.
Belə ki, görüşün 90+1-ci dəqiqəsində hesabı darmadağın həddinə çatdıran futbolçu bununla da “Barselona” forması ilə 100-cü qoluna imza atıb.
O, bu göstərici ilə Kataloniya klubunun heyətində 100 qol həddini keçən 3-cü oyunçu olub.
İlk iki pillədə isə 130 qolla Rivaldo və 105 qolla Evaristo qərarlaşıb.