Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun braziliyalı futbolçusu Neymar 1 ildən sonra yaşıl meydanlara qayıdıb.
AzerTimes xəbər verir ki, Neymar Asiya Çempionlar Liqasının 3-cü turunda “Əl-Eyn”la (BƏƏ) matçın 77-ci dəqiqəsində meydana daxil olub.
Görüş “Əl-Hilal”ın 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Neymar 2023-cü ilin oktyabrında DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvay millisi ilə oyunda (0:2) zədələnib.