Əncir Bakının simvoludur. Əncir və qurusu əksər xalq təbabəti reseptində var.
AzerTimes Medicina.az-a istinadən xəbər verir ki, əncir barədə dini kitablarda da yazılıb.
Müasir elm də sübut edib ki, əncir A, B, C vitaminləri və kalsium, kaliy, maqniy, marqans, sinklə zəngindir.
Təzə və quru əncir güclü antioksidantdır, hüceyrələri sərbəst radikalların təsirindən qoruyur.
Əncirin faydası:
– Həzm sistemi
Qəbizliyin qədimdən çarəsi hesab edilir. Çünki əncirdə çox lif və prebiotiklər var. Əncir yemək bağırsaqda iltihabı azaldır. Hamilələrə, yaşlı insanlara xüsusilə vacibdir.
– Təzyiq problemi
Xroniki təzyiq xəstəliyinin bir səbəbi də bədəndə natriumun çox, kaliumun az olmasıdır. Əncir bu disbalansı düzəldir, təzyiqi normallaşdırır.