“New Media Hub” platforması yaradılır

Gənclərin müxtəlif istiqamətlərdə inkişafı üçün daim yeni və uğurlu addımlar atan “Davam”ın növbəti addımı gənc jurnalistlərin, blogerlərin marağına səbəb olacaq. Belə ki, “Davam” Gənclər Hərəkatı Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə həyata keçirdiyi “Gənclərin Davamlı İnkişaf Proqramı” çərçivəsində “New Media Hub” platformasını yaradır.

“New Media Hub” platforması “Trend” Beynəlxalq İnformasiya Agentliyi, “Yeni Müsavat” və “Teleqraf” media qrupları ilə birgə əməkdaşlıq nəticəsində təsis edilir. Bu platformanın yaradılması gənc jurnalistlərin, blogerlərin yetişdirilməsi, onların təcrübə qazanması və bu təcrübədən istifadə edərək davamçı jurnalist kimi fəaliyyət göstərməsi məqsədi ilə atılan mühüm addımlardan biridir.

Platforma daxilində gənc jurnalist və blogerlərin layihəyə cəlb edilməsi, onların xüsusi təlim, seminar, praktika və görüşlərdə iştirakı təmin ediləcəkdir.

“New Media Hub” platformasının yaradılması ilə gənc jurnalistlərin tez-tez üzləşdiyi, praktiki bacarıqların əldə edilməsi zamanı ortaya çıxan problemləri aradan qaldıraraq davamçı jurnalistlər şəbəkəsinin formalaşdırılması hədəflənir.

Teqlər: