Pakistan Müsəlman Liqası-Nəvaz partiyasının lideri, bir neçə dəfə ölkənin baş naziri olmuş Nəvaz Şərif özünü parlament seçkilərinin qalibi elan edib.
AzerTimes xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.
Lahordakı iqamətgahı qarşısında tərəfdarlarına müraciət edən Şərif yeni koalisiya hökuməti qurmağa hazır olduğunu bildirib.
Şərifin sözlərinə görə, onun partiyası seçkilərdə ən böyük siyasi partiya olub.