Artıq “Netflix” ilə imzalanmış memorandumlarımız var və burada bir neçə serial çəkiləcək.
AzerTimes xəbər verir ki, bunu Ermənistan elm, mədəniyyət və idman naziri Janna Andreasyan deyib.
Onun sözlərinə görə, layihələrin maliyyə cəhətdən dəstəklənməsi onların daha böyük miqyasda reallaşdırılmasına şərait yaradacaq:
“Ermənistanda filmlərin və serialların çəkilişi zamanı qoyulmuş investisiyaların qismən qaytarılması layihəsinin müzakirəsi gedir. Bu, büdcədə planlaşdırılıb və Ermənistanda kino layihələrinə investisiyaların 40 faizə qədər qaytarılması imkanı yaradacaq”, – Andreasyan bildirib.