“Netfliks” platformasında yayımlanan “Pepsi, mənim reaktiv təyyarəm hardadır?” (Pepsi, Where’s My Jet) serialının birinci bölümündə Türkiyənin şərq rayonları Ermənistan ərazisi kimi göstərilib.
AzerTimes xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
“Serialın 1-ci hissəsindəki səhnə türkiyəli tamaşaçıların kəskin reaksiyasına səbəb olub. Çünki təqdim olunan xəritədə Türkiyənin şərqindəki bölgələr Ermənistan ərazisi kimi göstərilib. Serialın türkiyəli pərəstişkarları sosial şəbəkələrdə buna kəskin reaksiya veriblər”, – məlumatda deyilib.