Xəbər verdiyimiz kimi, Yəmən husiləri İsrailin paytaxtı Təl-Əvivin Ben Qurion beynəlxalq hava limanına ballistik raketlə zərbə endiriblər.
AzerTimes xəbər verir ki, “Röyters” hücumun Netanyahunun Təl-Əvivə ABŞ səfərindən qayıtdığı vaxta təsadüf etdiyini bildirib.
İsrail Müdafiə Qüvvələri isə Netanyahunun təyyarəsinin Təl-Əvivin Ben Qurion hava limanına enməsindən ən azı yarım saat sonra atılan raketin ölkə sərhədləri xaricində hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu bildirib.