Netanyahunun ofisindən məlumat sızdı: köməkçisi saxlanıldı

Netanyahunun ofisindən məlumat sızdı: köməkçisi saxlanıldı

İsrail kəşfiyyat orqanları Baş nazir Benyamin Netanyahunun ofisindən məxfi kəşfiyyat məlumatlarının sızması ilə bağlı bir neçə nəfəri şübhəli şəxs qismində saxlayıb.

AzerTimes xəbər verir ki, məlumatı “Tayms of İsrail” qəzeti yayıb.

Nəşrin məlumatına görə, sızıntı İsrailin hərbi məqsədlərinə çatmasına mane ola bilərdi.

“Axios” portalı isə saxlanılan şəxslərdən birinin Netanyahunun köməkçisi olduğunu iddia edib.

Teqlər: