İsrail Baş naziri Benyamin Netanyahunun müşavirinin yaxın qohumu HƏMAS girovluğundadır.
AzerTimes xəbər verir ki, bu barədə Netanyahu özü açıqlamasında deyib.
Baş nazir girov götürülən şəxsin adını açıqlamayıb.
Netanyahu HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumunu yəhudi xalqının tarixində ən qara və Holokostdan bəri ən müdhiş gün adlandırıb.
Baş nazir bu qruplaşmanın bütün üzvlərinin məhv ediləcəyini və HƏMAS-la danışıqların olmayacağını bildirib:
“Bu, evimiz uğrunda müharibədir və HƏMAS-ın məhvi ilə nəticələnməlidir”.