Netanyahunun müharibə çağırışı, fələstinlilərin qorxusu…

Netanyahunun müharibə çağırışı, fələstinlilərin qorxusu…

Netanyahu “indi müharibə zamanıdır” deyib atəşkəsə qarşı çıxdı və bəyan etdi ki, əsas hədəfləri HƏMAS-ı tarixdən silməkdir.

Hərçənd, bu müharibədə əsas zərbə sivillərə dəyir. İsrail Qəzzanı bombalamamışdan öncə mülki əhalinin cənuba köçməsi çağırışını etmişdi, çünki 30-40 min silahlı üzvü olan və yeraltı tunellərdə gizlənən HƏMAS-a qarşı yanlız raket zərbələri ilə nəsə etmək mümkündür. Mülki əhali çıxmadı. İsrail bunu “HƏMAS-ın əhalinin çıxışına imkan verməməsi” kimi təqdim etsə də, burada iki səbəb daha çox rol oynayır.

Birincisi, əhalinin çıxması üçün az zaman verilmişdi və mülki əhali bölgəni tərk etmədən zərbələr endirildi;

İkincisi və ən əsası, fələstinlilər ikinci Nakbanın (böyük fəlakət – 1948-ci ildə İsrail yarananda baş verən köç) yaşanmasından qorxur və düşünürlər ki, getsələr, bir daha geri qayıda bilməyəcəklər.

İsrail HƏMAS-ı məhv etmək üçün Qəzzanı bombalayır, tunellərdə gizlənən qruplaşma üzvlərinin əvəzinə sivillər ölür.

Teqlər: